ARDNŞ-də faciə: 2 qaynaqçı öldü

Azərbaycan Dövlət Neft Şirkətinin müəssisələrinin birində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. ARDNŞ-dən “APA -Economics”ə verilən məlumata görə, partlayış  “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi “Qala” sahəsində ləğv olunan köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilən 1249 nömrəli quyunun ağzında yığılan qazın partlaması nəticəsində baş verib. Hadisə nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər. Hadisənin səbəbləri araşdırılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv