Könlünə qarpız düşən sürücünün maşınını vurdular

Ötən gecə Bakının Nizami rayonunda 3 maşın toqquşub. Yol qəzası Babək prospektində baş verib.

 

"Hyundai" markalı avtomobilin sürücüsü Vüqar Abbasovun könlünə qarpız düşüb. O, maşını yolun kənarında saxlayıb və qarpız almaq üçün avtomobili tərk edib. Bu zaman yüksək sürətlə hərəkət edən "Lada" markalı avtomobil arxadan "Hyundai"yə çırpılıb. O isə qarşıda dayanan yük maşınına dəyib. "Lada"nın sürücüsü maşını qoyaraq hadisə yerindən uzaqlaşıb.

 

Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar. "Lada"nın sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

 

 

Müəllif | Apa.Tv