Suriya İslam Məclisi: “İŞİD-ə qarşı savaşmaq müsəlmanlara vacibdir”

İŞİD terrorçuları İraqda və Mosulda əsgər və polislərə "Tövbə kartı" paylayırlar. İraq ordusunun əsgəri Qasım Əhməd mətbuata açıqlamasında İŞİD-in bu addımı əsgər və polislərin hədəf olmaması üçün atdığını deyib.

O, Mosulun Əs-Sabirin məscidində  əsgər və polislərə "tövbə etdirərək" kart verildiyinideyib: "Bütün sənədləri İŞİD məsciddə hazırlayır. Otaqların birində maskalı şəxs tərəfindən sorğu-sual olunuruq. Bundan sonra ev, iş telefonlarımız və ünvanımızı dəqiqləşdirirlər və kartlar təqdim olunur".

Terrorçuların İraqda hücum və qətliamları davam edir. İŞİD qüvvələri İraqın paytaxtı ilə şimalı birləşdirən Süleymaniyyə, Ərbil, Kərkük yollarını tam nəzarətə götürüb.

Məlumata əsasən, bu yollar bağlandığından Türkiyəyə gediş-gəliş də mümkün deyil.

APA TV-nin xəbərinə görə, Suriya İslam Məclisi (SİM) “İraq Şam İslam Dövləti” terror təşkilatı ilə bağlı yazılı açıqlama yayıb. SİM İŞİD-in sünni təriqəti ilə bağlılığı olmadığnı bəyan edib: “İŞİD-ə qarşı savaşmaq bütün müsəlmanlara vacibdir”.

 

SİM-in tərkibində Suriyanın ictimai xadimləri, etnik qrupların təmsilçiləri, müxalifət qrupların dini xadimləri var. Məclisini başçısı suriyalı islam alimi Üsamə Rifahidir.

Müəllif | Apa.Tv
Apa.tv