Ukraynada "Xoşbəxtlik şəhəri" uğrunda döyüşlər: 18 hərbçi öldürüldü


Ukraynanın Luqansk şəhəri yaxınlığında gedən döyüşlərdə 18 nəfər həlak olub. Ukrayna Müdafiə Nazirliyi xəbəri təsdiq edib.  APA TV-nin məlumatına görə, ölənlərdən 12-si Ukrayna hərbiçisidir. İlkin məlumatlara görə, Şastiye şəhəri yaxınlığında gedən döyüşlər zamanı Ukrayna ordusunun 18 əsgəri öldürülüb. Məlumata əsasən antiterror əməliyyatlarında iştirak edən daha 13 hərbçinin taleyi barədə məlumat yoxdur.Bundan əlavə Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqində keçirilən antiterror əməliyyatında iyunun 18-nə qədər olan müddətdə verdiyi itkilər açıqlanıb. Ukrayna Müdafiə Nazirliyinin Hərbi-tibb Departamentinin rəisi, polkovnik Vitali Andronatiy əməliyyatın başladığı martın 8-dən bəri 147 Ukrayna hərbçisinin həlak olduğunu, 267 hərbçinin yaralandığını açıqlayıb. Hazırda 13 yaralı ağır vəziyyətdə müalicə olunur. Bu arada ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanı yeni sanksiyalarla hədələyib. Co Bayden və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı olub. ABŞ rəsmisi bəyan  edib ki, Moskva Ukraynanın şərqində separatçıların zorakılığını dayandırmaq üçün öz təsirindən istifadə etməsə, ABŞ bu ölkənin əlavə sanksiyalar məruz qalması üçün öz müttəfiqləri ilə iş aparacaq. “ABŞ-ın vitse-prezidenti Ukrayna dövlət başçısının ölkənin şərqində sülh və sabitliyin bərpası üçün göstərdiyi ciddi səylərini qətiyyətlə dəstəkləyib” deyə Ukrayna prezidentinin saytına bildirilib.   

Müəllif | Apa.Tv
Apa.tv