Ağciyər Xəstəlikləri İnstitutunda fövqəladə hal baş verərsə...
Əgər xəstəxanada fövqəladə hal baş verərsə, həkimlər öz həyatlarını qurtarmağa çalışmaqla yanaşı, həm də müalicə etdikləri xəstələri xilas etməlidirlər. Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda keçirilən təlim
həkimlərin fövqəladə hallarda davranış qaydaları ilə bağlı olub.
Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbir Fövqəladə Hallar Nazirliyinin 7 qurumunun, eləcə də Bakı Şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının və müxtəlif növ xilasetmə texnikasının iştirakı ilə keçirilib.
İnstitutun həkim personalının iştirak etdiyi nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumat veriblər.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən, eləcə də dünya ölkələrində baş verən bədbəxt hadisələr zamanı insanların üzləşdiyi problemləri əks etdirən video çarx nümayiş olunub.
Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Fövqəladə Hallar Nazirliyinin qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də xəstəxananın həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi və nümayiş olunub.