Bakı Metropolitenində qatarların iş rejimində yenilik

"Sərnişin sıxlığının azalması ilə əlaqədar olaraq, Bakı Metropolitenində qatarların hərəkəti yay qrafikinə uyğun həyata keçiriləcək".

 

Bunu APA TV-yə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, qış vaxtında metropolitendən gündə təxminən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400-450 minə enib: "Yay qrafikinin qış qırafikindən fərqi odur ki, biz qışda xəttə gün ərzində 30 cüt qatar buraxırdıqsa, hazırda yay qirafikində bu say azalaraq 24-də düşüb. Bu zaman qatarlararası intervallarda da artım olur".

 

Nəsimi Paşayev deyir ki, hazırda metropolitendə qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki əvvəlki rejimə əsasən həyata keçirilir. Yeni qrafikin sentyabr ayına kimi tətbiq edilməsi nəzərdə tutulur. 

Müəllif | Apa.Tv
Apa.tv