Polis əməliyyat keçirdi: İki nəfərdən külli miqdarda narkotik götürüldü
DİN-nin “Xaş-Xaş”-2014 kompleks tədbirlər planın icrası ilə bağlı Sabirabad RPŞ və Qaraguney polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində iki nəfər tutulub. APA TV-nin xəbərinə görə, Saatlı rayonu Qaranuru kənd sakini, əvvələr məhkum olunmuş 51 yaşlı Tapdıq Süleymanov və onun həmkəndlisi, 49 yaşlı Eldar Əliməmmədovun əlbir olaraq Sabirabad rayonu Moranlı kəndi ərazisində 3 hektar sahədə narkotik tərkibli çətənə bitkisi əkdikləri müəyyənləşib. Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ərazidə əkilmiş ümümi çəkisi 493 kq olan 261 ədəd çətənə kolu, bundan əlavə olaraq 575 qram qurudulmuş marixuana aşkarlanaraq götütrülüb. Hər iki şəxslə bağlı araşdırma aparılır.