İstilər meteohəssas insanlarda diskomfort yaradacaq

Bakı və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24 dərəcə isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25 dərəcə isti, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında iyunun 20-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 21-22-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv