Minik maşını hasara çırpıldı: 4 yaralı
Xaçmaz rayonunda, Xudat-Nabran yolunun 2-ci şöbə adlanan hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini, 1994-cü il təvəllüdlü Rüfət Didarlının idarə etdiyi “VAZ 2106” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı daş hasar çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 3 sərnişin və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlar sürücü, Quba rayon sakinləri - 1993-cü il təvəllüdlü Həsrətqulu Məmmədov, 1990-cı il təvəllüdlü İbrahim Didarlı və 1985-ci il təvəllüdlü Talıb Qayıbovdur.
Rüfət Didarlı və Həsrətqulu Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.