Sabirabadda baş verən avtoqəzada 5 nəfər yaralanıb

Sabirabadda baş verən avtoqəzada bir ailənin  5 üzvü yaralanıb. Hadisə rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb. APA TV-nin Mil-Muğan bürosuna Sabirabad YPX-dən verilən məlumata görə, Osmanlı kənd sakini 1980-ci il təvəllüdlü Xəqani Məmmədov idarə etdiyi "VAZ 21074" markalı avtomobillə ötmə əməliyyatı zamanı Qaragüney kənd sakini Firdovsi Əhmədovun idarə etdiyi traktora arxadan çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər 2005-ci il təvəllüdlü Aysun Novruzova, 1974-cü il təvəllüdlü Vahab Novruzov, 1984-cü il təvəllüdlü Ayna Məmmədova və 2007-ci  il təvəllüdlü Mədinə Məmmədova Şirvan şəhər Xəstəxanasına çatdırılıblar. Sürücü və Aysun Novruzova reanimasiya, digərləri isə travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı DYP tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı