Kolumbiya play-off mərhələsinə vəsiqəni təmin etdi: 2-1

Futbol üzrə dünya çempionatında daha bir ölkə play-off mərhələsinə vəsiqəni təmin edib. “C” qrupunda Kolumbiya millisi Fil Dişi Sahili komandasına 2-1 hesabı ilə qalib gələrək play-offda oynamaq hüququ qazanıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesabı 64-cü dəqiqədə Rodriqes açıb. O, komanda yoldaşı Quardadonun mükəmməl cərimə vuruşunu qola çevirib. Altı dəqiqə sonra Quintero daha bir qol vuraraq top fərqini ikiyə çatdırıb. Fil Dişi Sahili komandası bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Jervinyo 73-cü dəqiqədə fərqi bir topa endirib. Bundan sonra Fil Dişi Sahili komandası bir neçə qol vəziyyəti yaratsa da, kolumbiyalılar hesab fərqini oyunun sonunadək qoruyub saxlayıblar. Bununla da “C” qrupunda iki oyundan 6 xal qazanan Kolumbiya son oyunun nəticəsindən asılı olmayaraq play-offa vəsiqəni təmin etmiş olub. İlk oyunda Yaponiya millisini 2-1 hesabı ilə məğlub edən Fil Dişi Sahili komandası qrupdan çıxmaq üçün son qrup oyununda Yunanıstanı məğlub etməlidir.

Müəllif | Apa.Tv