Tovuzda ermənilər 3 uşaq anasını yaralayıb

 
 

Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub. Rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA TV-nin qərb bürosuna verdiyi məlumata görə, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub.

Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.

 

 

Müəllif | Apa.Tv