Yaponiya Yunanıstanla bərabərə qaldı

 
 

C qrupunun ikinci turunda məğlublar üz-üzə gəlib . “Arenas das Dunas” stadionunda  Yaponiya ilə Yunanıstan yığması görüşüb.  Oyunun birinci yarısı qarşılıqlı hücum şəraitində heç-heçə yekunlaşıb.

İkinci yarıda olduqca aktiv olan Yaponiya futbolçuları bir neçə real qol şansını dəyərləndirə bilməyiblər. Kolumbiya ilə görüşdə 0:3 hesabı ilə məğlub olsalar da, zəif təsir bağışlamayan yunanların asiyalılara qalib gələcəyi gözlənilirdi. Ancaq yunanların kapitanı Katsouranisin qırmızı vərəqə alaraq oyunu tərk etməsi bütün planların üstündən xətt çəkib. Beləcə oyun 0:0 hesabı ilə başa çatıb.

 

Müəllif | Apa.Tv