Qubada arvad ərini odunla öldürdü

Quba rayonunda qətl hadisəsi baş verib. APA TV nin şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini, 1960-cı il təvəllüdlü Zeynal Xanlarov həyat yoldaşı Gülnar tərəfindən qətlə yetirilib. Qadın həyat yoldaşının başına odun parçası ilə zərbə vurub. Zeynal Xanlarov aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan