Bakıda 625 kq narkotik yandırıldı

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası müsadirə olunmuş yarım tondan çox narkotik vasitəni məhv edib. APA TV-nin xəbərinə görə, işçi qrupunun rəhbər əvəzi Fəqan Şahverdiyev bildirilib ki, 2014-cü ilin 5 ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1527 fakt aşkarlanıb və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 473 kiloqram 160 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 424 kiloqramı daxili işlər orqanlarının, 32 kiloqramı Milli Təhlükəsizlik Nazirliyinin, 90 kiloqramı Dövlət Gömrük Komitəsinin, 77 kiloqramı isə Dövlət Sərhəd Xidmətinin payına düşür: "Məhv edilən narkotik vasitələrin bugünkü dəyəri 6 mln manatdan artıqdır. Həmçinin cari ilin 5 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən 1527 cinayət faktı üzrə 473 kq narkotik vasitə gütürülüb". 

 

Bu gün komissiya tərəfindən ümumi çəkisi 625 kiloqram 519 qram olan narkotik tərkibli vasitə yandırılaraq məhv edilib. 

Müəllif | Apa.Tv