“Leyla Əliyeva: “Xocalıya Ədalət!” adlı üç cildlik əsərin təqdimatı keçirilib

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA İnsan Hüquqları İnstitutunun, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin müəllifi olduğu “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimatı keçirilib. APA TV-nin xəbərinə görə, təqdimatda çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, dünyada 52 milyon nəfərə qədər qaçqın və məcburi köçkün var. Bunun 30 milyondan çoxu məcburi köçkündür.

 

2013-cü ildə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ciddi addımlar atıldığını deyən baş nazirin müavini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyası çərçivəsində son 5 ildə dünya ölkələrinin 90 faizinə Xocalı soyqırımı barədə dolğun məlumat çatdırıldığını söyləyib: “Ermənistanda heç 1,5 milyon insan da qalmayıb. Erməni xalqı bunu görmürmü? Ermənistandakı rejimlə xaricdəki erməni diasporu öz millətlərinə qarşı xəyanətkarlıq edir, millətlərini dilənçi halına salır. Erməni xalqı bunu görürsə, niyə o rejimə qarşı çıxmır, o rejimi dəyişmir? Köçəryan-Sərkisyan rejimi Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gəlib, hakimiyyətdən getmək onların sonudur. Dünya birliyinin bizi Ermənistanda Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gələn rejimlə danışıqlara çağırmasını anlamaq mümkün deyil”.

 

"Leyla Əliyeva: "Xocalıya Ədalət!" kitabının müəlliflərindən biri olan Rövşən Vəlizadə isə deyib ki, kitabın üçüncü cildində ermənilərin tarixi təhrif etmələri ilə bağlı təkzibedilməz faktlar var.

 

Müəllif | Apa.Tv