Bakıda polis rəisinin “Mercedes Galеnvagen”də bıçaqlanmasının təfərrüatları-YENİLƏNİB

Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevin 3 bıçaq zərbəsi aldığı təsdiqlənib. APA TV-nin xəbərinə görə, hadisə iyunun 20-ə keçən gecə "Xutor" qəsəbəsində qeydə alınıb. Polis rəisi bölmənin həyətində dostuna məxsus “Mercedes Galеnvagen” markalı avtomobili idarə edərkən naməlum şəxslər “Niva” və "Opel" markalı avtomobillərlə arxadan və  qabaqdan onun yolunu kəsiblər. Təxminən 10 nəfərə yaxın adam  avtomobillərdən düşərək  əllərindəki taxta dəyənəklərlə “Mercedes Galеnvagen”in  bütün şüşələrinin sındırıb. Buna etiraz edən Şıxəliyev isə bıcaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən 3  xəsarət  yetirilib.   Anar Şıxəliyev Daxili İşlər Nazirliyinin (DİN) hospitalına yerləşdirilib. Xəsarətlərin daxilə nüfuz etmədiyi bildirilir. İlkin məlumata görə, rəisin dostu iki həftə öncə adı istintaqa hələlik bəlli olmayan şəxslərlə dalaşıb.  Həmən şəxslər onu təqib etdiyindən Anar Şıxəliyev dostuna avtomobilini onun rəis olduğu 5-ci polis bölməsində saxlamağı olmamağı  məsləhət görüb.  Özünə məxsus BMW "90 SJ 777" dövlət nömrə nişanlı avtomobilin  əvəzinə “Mercedes Galеnvagen”-i sürüb. Toplanmış materiallar Mütəşşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə göndərilib.  

Müəllif | Apa.Tv
Apa.tv