Qəzaya düşən AzTV əməkdaşının vəziyyəti ağırdır

"Ötən gün Bakıda yol qəzasına düşən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanovanın vəziyyəti orta ağırdır. Jurnalist dünən saat 13.30 radələrində Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib". Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından APA TV-yə verilən məlumata görə,  Ağanisə Sultanova ağır kəllə-beyin travması alıb.  Xəstənin müayinə və müalicəsi isə Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Jurnalist Səbail rayonu ərazisində yaşadığı mənzilin yaxınlığında yolu keçmək istəyərkən taxta yüklənmiş "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub. Jurnalist başından və boynundan xəsarət alıb və sürücü vurduğu şəxsə kömək etmədən hadisə yerindən qaçıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı