Qoşunların təmas xəttində iki Ermənistan hərbçisi ölüb - YENİLƏNİB

İyunun 19-20-də təmas xəttində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovannisyan açıqlama verib. Onun sözlərinə görə, hadisənin biri ayın 19-da Dağlıq Qarabağdakı hərbi postda, digəri isə bu gün Ararat vilayətində, Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində baş verib. Artsurun Ovannisyan onların Azərbaycan tərəfdən açılan atəş nəticəsində öldüyü ehtimalını irəli sürüb.

 

Ölən hərbçiləri adları hələlik açıqlanmır. Qeyd edək ki, analoji hadisə bu ilin iyun ayının 5-də də baş vermişdi. Azərbaycan hərbçiləri tərəfindən cəbhə xəttində Ermənistan Ordusunun iki hərbçisi məhv edilib.

 

Müəllif | Apa.Tv