Azərbaycan Türkiyədən raketlər alıb

Türkiyə 2013-cü ildə Azərbaycana reaktiv atəş sistemləri və raketlər satıb. APA-nın məlumatına görə, bu barədə Türkiyənin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib. Rəsmi açıqlanan məlumata görə, Ankara ötən il Azərbaycana 3 ədəd 122 mm çaplı T-122 "Sakarya" reaktiv atəş sistemi ixrac edib. Bundan əlavə, Azərbaycana sözügedən artilleriya sistemlərində tətbiq olunan 1000 ədəd TR-122 raket satıb. Qeyd edək ki, T-122 "Sakarya" reaktiv atəş sistemi və onun raketləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Bu raketlərin atış mənzili 40 km-dir. Bu isə Azərbaycan Ordusunun mövcud 9K51 "Qrad"  qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən 2 dəfə çoxdur.

Müəllif | Apa.Tv
Apa.tv