Polis rəisi kabinetində öldü

Onun ürək tutmasından öldüyü bildirilir 

Xocavənd rayon Polis Şöbəsinin rəisi Hüseyn Qarayev kabinetində vəfat edib. Xocavənd rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, polis rəisi ürək tutmasından keçinib. Hüseyn Murad oğlu Qarayev 1957-ci ildə anadan olub, polis polkovnikidir. 2007-ci ildən etibarən Xocavənd RPŞ-nin rəisi idi.

 

Müəllif | Apa.Tv
Apa.tv