Fikrət Məmmədov şikayətləri dinlədi

Ədliyyə naziri Fikrət Məmmədov Hacıqabulda vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Hacıqabul, Neftçala, Sabirabad və Salyan rayonlarında, habelə Şirvan şəhərində yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb.

 

Qaldırılan məsələlərin bəziləri yerində öz həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün nazir tərəfindən göstərişlər verilib. Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlər və  müraciətlər dinlənilib və bu müraciətlər aidiyyatı qurumlara  çatdırılması üçün qeydiyyata alınıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı