FHN cənub bölgəsindəki müəssisələrdə texniki nəzarət keçirir

“Cənub regionu üzrə 142 qeydiyyata alınan təhlükə potensiallı müəssisə və  sayı 960 olan avadanlıqları var. Təhlükə potensiallı müəssisələrin 35-ində texniki müayinə keçirilib, nəticədə 5 obyekt üzrə akt tərtib edilib. 27 müəssisədə isə qayda pozuntusu aşkarlanıb” APA TV-nin cənub bürosunun məlumatına görə, bu sözlər iyunun 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi FHN-nin Cənub Regional Mərkəzinin binasında “Texniki təhlükəsizlik - aktual suallar” mövzusunda keçirilən regional seminar-müşavirə səsləndirilib.

 

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Məşədiyev bildirib ki, tədbiregional mərkəzlərdə fəaliyyət göstərən iş adamlarına, sahibkarlara baş verə biləcək qəza tədbirlərinə qabaqlayıcı tədbirlərin görülməsinə, onların aradan qaldırılmasına həsr olunub. Cənub bölgəsində 309 -a yaxın təhlükə potensialı olan müəssisə,  900-a yaxın təhlükə potensialı olan avadanlıq var. Seminar-müşavirədə iştirak edən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının İcra Hakimiyyətlərinin nümayəndələri, həmin rayonların qaz istismar sahələrinin və iri sənaye müəssisələrinin rəhbərləri öz çıxışlarında sənaye və dağ-mədən müəssisələrində yaranmış problemlər, problemlərin aradan qaldırılması istiqamətində yerli İcra Hakimiyyəti orqanları ilə FHN-nin müvafiq qurumlarının keçirdikləri birgə tədbirlərdən danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar agentliyin məsul əməkdaşları tərəfindən cavablandırılıb.

 

Müəllif | Apa.Tv