Bakıda zəncirvari qəza: "Mercedes" havada fırlanaraq, maşınların üstünə düşüb

Bakıda zəncirvari qəza baş verib. Hadisə Nobel prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, havada bir neçə dəfə fırlanıb və yolun əks istiqamətinə düşüb. Nəticədə zəncirvari qəza baş verib və 4 avtomobil əzilib. Ziyan daha çox "VAZ 2107" markalı avtomobilə dəyib.

 

Güclü zərbə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan sürücü ağır yaralanıb və xətəxanaya çatdırılıb. Digər avtomobildəki sürücülər isə yüngül xəsarət alıb. Hadisə yerinə Xətai rayon polis idarəsinin əməkdaşları gəlib.

 

Yol-patrul xidmətinin xidmət inspektoru polis baş serjantı Əli Zeynalov APA TV-yə deyib ki, hadisə zəncirvari qəzadır və bir neçə maşın toqquşub.

Qəzanı yaradan sürücünün hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova