Xaçmazda 6 yaşlı qızı maşın vurdu

Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Xaçmaz şəhər sakini 6 yaşlı Səadət Səlimovanı maşın vurub. Hadisəni törədən “Mercedes” markalı maşının sürücüsü 63 yaşlı Həmzə Zalıyev xəsarət alan azyaşlını Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan