Ekvador millisinin ümid qələbəsi: türk və avstriyalı hakimlərin fikir ayrılığı

 

 

Ekvador millisi dünya çempionatının E qrupunun ikinci turu çərçivəsində Honduras yığmasını məğlub edib. Qarşılaşma ekvadorluların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda hesabı Honduras millisi açıb. 31-ci dəqiqədə müdafiəçi Viktor Bernandes topu Ekvador yığmasının qapısından keçirib.

 

Bundan üç dəqiqə sonra ekvadorluların hücumçusu Enner Valensiya bərabərliyi bərpa edib.

 

Birinci hissənin sonuncu dəqiqəsində Honduras millisi topu daha bir dəfə rəqib qapısından keçirib. Türk əsilli yan hakim Hakan Anaz qol olduğunu bildirsə də, avstryalı yan hakim Benjamin Uilyams topun honduraslı futbolçunun əlinə dəydiyini əsas gətirərək, qolu saymadı. Bu qərar honduraslı futbolçuların ciddi narazılığına səbəb oldu.

 

İkinci hissədə Ekvador millisinin hücumçusu Enner Valensiya dubla imza atdı və komandasının qələbə qolunu vurdu.

 

Qeyd edək ki, Honduras millisi ilk turda Fransa yığmasına, ekvadorlular isə İsveçrə yığmasına məğlub olmuşdu. İkinci turun ilk qarşılaşmasında isə Fransa millisi İsveçrə yılmasını darmadağın etdi. Qrupun lideri 6 xalı olan fransızlardır. Ekvador və İsveçrə millərinin 3 xalı var. Honduras yığması isə xal qazana bilməyib.

 

Üçüncü turun qarşılaşmaları iyunun 26-da keçiriləcək. Ekvador Fransa ilə, Honduras isə İsveçrə ilə qarşılaşacaq. Qrupdan növbəti mərhələyə vəsiqə qazanan komanda da məhz həmin gün müəyyənləşəcək.

 

Müəllif | Apa.Tv