Toydan çıxan azyaşlını maşın vurdu

Ağdam  rayonunun Əhmədağalı kəndində 11 yaşlı uşağı maşın vurub. APA TV-nin Qarabağ bürosu xəbər verir ki, rayon sakini Əhliman Vəliyev idarə etdiyi  VAZ  2106 markalı minik maşını ilə kənddə yerləşən  şadlıq sarayının qarşısında  toydan  çıxan  Abışov Vüsal  Elman oğlunu vurub. Sürücü  bədən  xəsarəti  alan  azyaşlını dərhal   Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralının   vəziyyəti  həkimlər   tərəfindən  ağır  kimi qiymətləndirilir.

 

Faktla bağlı  hüquq  mühafizə  orqanlarında araşdırma aparılır.

 

Müəllif | Apa.Tv