Azərbaycanda sərnişin qatarında yanğın həyəcanı

Bakı-Balakən sərnişin qatarında yanğın olub. Qatarın sərnişinlərinin APA TV-yə  verdiyi məlumata görə, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Şəki rayon ərazisindən keçən hissəsində baş verib. Sərnişinlərin dediyinə görə, yanğın Bakı-Balakən sərnişin qatarının teplevozunun mühərrik hissəsində müşahidə olunub. Qatarın hərəkəti dayandırılıb, teplevozun mühərrik hissəsində baş verən yanğın teplevozun şəxsi heyətinin səyi nəticəsində dərhal söndürülüb. Sərnişinlərin sözlərinə görə, bir neçə saat ərzində teplovozun mühərrikində baş vermiş nasazlığın aradan qaldırılması mümkün olmayıb. Əraziyə göndərilən əlavə teplovozun köməyi ilə sərnişin qatarı ciddi gecikmə ilə son dayanacaq olan Balakən stansiyasına çatıb.

 

Müəllif | Apa.Tv