Qafqaz Universitetində yanğın

Ötən gecə Qafqaz Universitetində yanğın olub. APA TV-nin məlumatına görə, hadisə universitetin Xırdalan şəhərinin Heydər Əliyev küçəsində yerləşən binasında baş verib.

 

Jurnalistlər Qafqaz Universitetinin rəhbərliyi tərəfindən hadisə yerinə buraxılmayıblar. Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmov açıqlamasında bildirib ki, yanğın universitetin bufetində qeydə alınıb. Onun sözlərinə görə, bufetdəki soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xırdalan hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunublar. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Müəllif | Apa.Tv