Saatlıda qumbara ilə balıq tutmaq istəyən şəxs tutuldu

Saatlı rayonunda əl qumbarası ilə balıq tutmağa gedən şəxs saxlanılıb. APA- TV nin Mil-Muğan bürosunun məlumatına görə,  Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı  rayonun Heydərabad kənd sakini Samit Nəcəfov şübhəli şəxs qismində  saxlanılıb. Axtarış  zamanı Samit Nəcəfovdan 1 ədəd  F-1  əl qumbarası, bir ədəd  ümumi uzunluğu 30  sm-ə  bərabər  bıçaq və bir ədəd  cib bıçağı  aşkarlanıb. Samit  qumbaranın ona  atasından qaldığını bildirib. Həmçinin dostundan aldığı məsləhət ilə həmin qumbaradan suya ataraq balıq tutmaq  niyyətində olduğunu  söyləyib. Hazırda  Samit  Nəcəfov  barəsində  Cinayət Məcəlləsinin 228.4, 228.1,  yəni  qanunsuz olaraq üzərində döyüş sursatı gəzdirmə və  saxlama, həmçinin qanunsuz  olaraq  soyuq silah əldə etmə və üzərində gəzdirmə maddələri ilə cinayət işi başlanıb. Faktla bağlı istintaq  aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı