Toyda dostları ilə yeyib-içən 27 yaşlı oğlan faciəli şəkildə öldü

Göyçay rayonunda 27 yaşlı oğlan faciəli şəkildə ölüb. APA TV-nin məlumatına görə, hadisə Qaraxıdır kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Həmidov Elşad İntiqam oğlu günorta saatlarında yaşadığı kənddə keçirilən toy mərasimində dostları ilə yeyib-içdikdən sonra onlarla birgə yaxınlıqdakı su kanalında çimməyə gedib. Spirtli içki qəbul edən Elşad Həmidov çimərkən suda boğulub. Məlumata görə, gənclərin hamısı spirtli içki qəbul etdikləri üçün boğulana kömək edə bilməyiblər. Kəndə çağırılan Göyçay rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri bir uşaq atası olan Elşad Həmidovun həyatını xilas edə bilməyiblər.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov