Masallı sakininin tövləsi yandı

Masallı rayonun Musakücə kəndində yanğın baş verib. Kənd sakini Xudaverdi Bayramova məxsus tövlədə baş verən yanğının qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin Masallı rayon Dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Tövlənin yaşayış evinə yaxın olması təhlükəni daha da artırıb, içəridəki  300 bağlama ot və taxta materiallar alovun söndürülməsində çətinliklər yaradıb. Hadisə şahidlərinin bildirdiyinə görə, təndirxana yaxınlığında olan elektrik dirəyindəki naqillərdə qığılcım yaranıb, elektrik xətləri alışıb və alov sürətlə yayılıb.

 

APA TV-nin xəbərinə görə, yanğın nəticəsində umumi sahəsi 60 kv.m olan tövlə içindəki ot bağlamaları ilə birlikdə tam yanıb.  Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahiblərinə taxta materialının yanması səbəbindən külli miqdarda ziyan dəyib.

 

Yanğının baş verməsinin dəqiq səbəbləri aparılan araşdırma nəticəsində məlum olacaq.

 

Müəllif | Apa.Tv