Bakıda 7 nəfəri gün vurub

Bu ilin iyun ayında Bakıda 7 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, onlardan 5-i kişi, 2-si qadındır. Gün vuranlardan 3-ü xəstəxanaya yerləşdirilib. Bu hadisələr Bakının rayonlarında qeydə alınıb. Baş həkimin müavini bu ay da təcili yardım həkimlərinə qarşı müəyyən təzyiqlər edilməsi hallarının baş verdiyini deyib. Onun sözlərinə görə, bu ay ərzində təcili yardım həkimlərinə 3 təzyiq faktı qeydə alınıb və hər 3  halla bağlı polisə müraciət edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv