Hava soyuyacaq

Bakı və Abşeron yarımadasında iyunun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə,  güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 22-də gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Güclü qərb, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv