Bakıda Somalidə baş verənlərə etiraz edən tələbə qız intihara cəhd edib - REAL GÖRÜNTÜ

Bakıda 20 yaşlı qız intihara cəhd edibNərimanov Rayon Polis İdarəsindən  APA TV -yə verilən məlumata görə, hadisə Hidayətzadə küçəsi 37 a, mənzil 46 da qeydə alınıb. Bakı şəhər sakini, Bakı Dövlət Sosial İqtisad Kollecinin tələbəsi, 1994-cü il təvəllüdlü Günel Həsənova  tətləbə yoldaşlarına  bu gün imtahana gəlməyəcəyini və intihar edəcəyini bildirib. Qonşuluqda yerləşən  binanın 11-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib. 

 

G.Həsənova hadisə yerində olan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fikrindən daşındırılıb. Polisdən G. Həsənovanın Somalidə insanlara qarşı olan rəftara, onların aclıqdan əziyyət çəkmələrinə etiraz olaraq intihar etmək istədiyi bildirilib.

 

Müəllif | Apa.Tv