Tərtər sakininin evindən 5 kq narkotik tapılıb

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxsi yaxalayıblar. APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarov kənd sakini Kamal Əkbərovun evinin zirzəmisində və həyətində ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Kamal Əkbərov saxlanılıb.

 

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv