Rənglər insanların xarakterlərini necə bəlli edir?

Rənglər insan beyni ətraf aləmdən gələn işıq siqnallarını tutmağa çalışarkən yaranır. Başqa sözlə rəngləri bizim beynimiz yaradır. Rənglərsiz insan dünyası monoxrom bir yerdir. APA TV-nin məlumatına görə, 17 ölkədə aparılan sorğu göstərib ki, dünyadakı insanların təxminən 40 faizi mavi rəngi sevir. Ən sevilməyən rəng isə ağ rəngdir. Rənglərlə ən çox işləyən adamlar rəssamlar olduğu üçün bu barədə elə ən yaxşı da onların danışacağını düşündük və tanınmış rəssam Asif Azərelliyə müraciət etdik. Rəssamın həyəti də elə rəngarəng idi.  Deyir ki, rəssamın dili elə  rənglərdir. Həyatda baş verən bizim anladığımız hər bir şeyin bir elmi əsası var. Eləcə də rənglərin. Bu işə məcburdur ki, elmi şəkildə yanaşılsın. Rənglərin öyrənilməsində isə Nyutonun böyük rolu olduğunu deyir .

 

"Nyuton  ilk dəfə olaraq öz maraqlı analizlərində belə bir fikrə gəlib ki, günəşdən gələn əsas işıqdır. Ağ işıq deyirik. Ancaq o, maraqlı bir ekspriment edib, yəni təcrübə aparıb. Üçbucaqlı bir prizmanı günəş işığının qarşısına qoyaraq və orda doğrudan da maraqlı bir hadisə baş verib. Həmin spektra düşən bizim ağ işıq qəbul etdiyimiz günəş işığı 7 işıqdan ibarət işığı əks etdirib.  Bunlar hansılardır? Qırmızı, narıncı, sarı, yaşıl mavi, göy və cəhrayı rənglər. Yəni bu 7 əsas rənglər. Bəzən görürsüz ki, yağışdan sonra yuxarıda göy qurşağı yaranır. Diqqətlə fikir verdikdə o 7 rəngdən ibarətdir. Bu elə Nyutonun apardığı həmin o fiziki təcrübənin əyani vasitəsidir".

 

Müsahibim deyir ki, rənglər iki hissəyə bölünür. Xromatik və "a" xromatik. Xromatik rənglərə həmin 7 rəng aiddir, "a" xromatik rənglərə isə qara, ağ və boz rənglər. Həmin rənglərdən isə istənilən rəngləri almaq mümkündür.

 

"Məsələn deyək ki, göy rəngi sarı rənglə qarışdırıb yaşıl rəng almaq olar. Qırmızı rəngi  sari rənglə qarışdırıb narıncı rəng almaq olar".

 

Bəs ümumiyyətlə rənglər necə yaranır?

 

"Günəş işığının təsiri ilə düşən o ağ işığın nəticəsində bizi əhatə edən mühitdə əşyalar, ümumiyyətlə bizim gördüyümüz nə varsa o rəngi udur və udarkən o rəngi qəbul olunan rəngə uyğun görünür. Əgər biz bir şeyi qırmızı rəngdə görürüksə demək o günəşdən aldığı həmin o enerjini  ağ işığı qırmızı olaraq çatdırır. Bəzi əşyalar rəngi udmaq əvəzinə əksinə onu əks elətdirir. Rənglər belə yaranır".

 

Rəssam bildirir ki, rənglərin özünün müəyyən bir işıq sürəti var. İnsan şüuru 326, 760 işıq sürətini qəbul edə bilir. Rəng tanımayanlara (daltoniklər)  gəldikdə isə bildirdi ki,  ola bilər ki, onlarda işıq sürətini qəbul etmək  hissiyatı yoxdur. Buna görə də onlar rəngləri ayırd edə bilmirlər. Rəssamdan hansı rənglərlə daha çox işlədiyini soruşduqda isə bildirdi ki, rənglərin hər biri onun üçün əzizdir.

 

Rənglərin insan orqanizminə, psixologiyasına təsiri isə çox güclüdür. Hər bir rəngin özünəməxsus xüsusiyyətləri və təsir etmə qabilyyəti vardır. Bu səbəbdən də insanların sevdiyi rənglər onların xarakterini nümayiş etdirə bilmək xüsusiyyətinə malikdir. Psixoloq Vəfa Əkbər deyir ki, rənglər insan xarakterindən ,insanın gərgin vəziyyətindən, ehtiyaclarından xəbər verir.

 

"İnsan hər hansı bir rənglərə üstünlük verirsə və o onda dəyişilməz olaraq qalırsa, bu o insanın xasiyyətini büruzə verir. Kütləyə baxsaq, hər il bir dəb gəlir və o dəb bir rənglə gəlir. Məsələn bir müddət sarı rənglər dəbdə idi. Bu sarı rəng günəş rəmzidir. İstilikdir, nəvazişdir bir növ diqqətdir. O rəngi sevən insanlar bu şüarla gəzirlər - mənə diqqət yetirin, mənə nəvaziş göstərin və əyər biz müəyyən dövrdən sonra sarı rəngi tuturuqsa, bu o deməkdir ki, natamamlıq kompleksidir. Bizdə o çatmır, biz onunla kompensasiya edirik. Bir müddət mavi və çəhrayı rənglər çox dəbdə idi. Çəhrayı həyat eşqi deməkdir. Çəhrayı ağla qırmızının qarışığıdır. Bu saflıq, daim irəli getmək, liderlik rəmzidir. Mavi rəng ağla göy rəngdir. Göy rəng ümumiyyətlə qayda qanunu sevən insanların sevdiyi bir rəngdir. Ağ rəngdə saflıq və təmizlik iradə güclüyünün rəngidir".

 

Psixoloq deyir ki, gərgin halda olan insanın seçdiyi rəng qara və qəhvəyi rənglərdir. Qəhvəyi qorxu, qara rəng isə sərtlikdir. Bizdə olan aqresiyadır. Müsahibim deyir ki, rəng tanımayan insanlar da var. Daltoniklər daha çox 3 rəngi tanımır.

 

"Daltoniklər 3 rəngi bir birindən aid edə bilmirlər. Bu yaşıl, göy və qırmızı. Digər rəngləri bunlar seçirlər.  Sadəcə vaxtında o insanlara həmin rəngləri öyrətmirlər. Bir növ qapalı insanlar olur. Onların öz aləmləri olur, özlərini çox yaxşı tanıyırlar və fikirlərini kimləsə bölüşməkdən xoşları gəlmir. Artıq suallar bunlarda qıcıq yaradır. Çünki müəyyən bir natamamlıq olduqda o kompleksi qapatmağa çalışır".

 

Psixoloq deyir ki, gərgin və depressiyada olan insanların  daha çox rəngarəng, al-əlvan rənglərə üstünlük verməkləri məsləhətdir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova