Rövnəq Abdullayev "Araz" kurslarının və liseylərin bağlanmasına münasibət bildirdi

“Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  (ARDNŞ ) prezidenti Rövnəq Abdullayev Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri,  bağçaları və “Araz kursları” MMC-nin fəaliyyətinin dayandırılmasına münasibət bildirərkən deyib.

 

Rövnəq Abdullayev dövlətin imkanlarının geniş olduğunu və Təhsil Nazirliyinin bu sahədə böyük işlər gördüyünü deyib: “Biz düşünürük ki, ARDNŞ-in bu sahə ilə məşğul olmaması daha yaxşı olardı. Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır. Dövlətin imkanlarının genişdir. Təhsil Nazirliyinin bu işdə böyük işlər gördüyünü deyib.

 

Qeyd edək ki,  iyun ayının 18-i ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin (ABTM) bu gün toplantısı keçirilib.

 

Qeyd olunub ki, “Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək.

 

Müəllif | Apa.Tv
Vəli Turan