Tovuz rayon sakinini ilan sancıb

Tovuzda əkin sahəsində işləyən kənd sakini ilan sancıb. Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Düzqırıqlı kəndində baş verib. İlan kələm əkilən sahədə alaq otlarını təmizləyən qadınlara hücum edib. Kənd sakini 31 yaşlı Ramin Babanlı  ilanı tutmaq istəsə də sürünən onun əlindən sancıb. Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənin səhhətini orta-ağır qiymətləndirilir. Yaralıya ilkin yardım edildikdən sonra Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Müəllif | Apa.Tv