Ağdaşda 2 ton 820 kiloqram çətənə kolu məhv edilib

Ağdaş rayonunda külli miqdarda narkotik xassəli çətənə kolu aşkarlanaraq məhv edilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşları iyunun 21-də “Xaş-Xaş - 2014” tədbirlər planına uyğun olaraq, əməliyyat keçiriblər. Rayonun Mürsəlli kəndində su arxının kənarından yabanı halda bitən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilib. Ümumilikdə 2,5 hektar ərazidə aşkar olunan və ümumi çəkisi 2 ton 820 kiloqram olan 4670 ədəd çətənə kolu kökündən çıxarılaraq yandırılıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə,  bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov