Almaniya Qana ilə bərabərə qaldı
Dünya Çempionatının "G" qrupunun növbəti oyunu keçirilib. APA TV-nin məlumatına görə, "Kastelao" stadionun da keçirilən oyunda Almaniya ilə Qana yığmaları üz-üzə gəliblər. Komandaların qarşılıqlı hücum şəraitində keçən oyunun birinci hissəsi heç-heçə yekunlaşıb. İkinci hissədə, 51-ci dəqiqədə Almaniya yığması adından hesabı Mario Qötze açıb. Qanalıların cavabı gecikməyib. 3 dəqiqə sonra Adre Ayev hesabı bərabərləşdirib. Qana yığması bununla kifayətlənməyib. Asamoa Qyan 63-cü dəqiqədə vurduğu qolla komandasını hesabda irəli keçirib. Qapısına iki top vurulan Almaniya futbolçuları davamlı hücum taktikası ilə rəqib qapısını təzyiq altında saxlayıblar. Miroslav Klouse 71-ci dəqiqədə hesabı bərabərləşdirib. Beləcə oyun 2:2 hesabı ilə başa çatıb.