Bakıda dəhşətli qəza: 3 nəfər öldü, 3 nəfər ağır vəziyyətdədir
Bakıda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 08.30 radələrində Bakı-Ələt yolunda qeydə alınıb. Bakı şəhər sakini, 24 yaşlı Ramin Möhlətovun idarə etdiyi “VAZ-21 015” markalı maşın sürücüsünün adı hələlik müəyyənləşməyən “Toyota Prado” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 21 015” markalı avtomobilin sürücüsü və onun idarə etdiyi avtomobildə olan sərnişinlər - Röyal Dadaşov və Fuad Quliyev hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alan daha 3 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.