Qanalı futbolçu Braziliya kasıblarına pul payladı - GÖRÜNTÜ
Braziliyada keçirilən futbol üzrə dünya çempionatının Almaniya-Qana millilərinin görüşündən sonra maraqlı hadisə baş verib. Vesti.az-ın məlumatına görə, Qana yığmasının yarımmüdafiəçisi Salli Muntari baş məşqçi Ceyms Kvezi Appiadan icazə alaraq Maseyo şəhərinin kasıblar yaşayan məhəllələrinə gedib. Qanalı futbolçu burada yaşayan insanları ziyarət edib və küçələrdə pul paylamağa başlayıb. Muntari Atlantik okeanın sahillərində yerləşən bu port şəhərində avtoqraflar verib, uşaqlarla əylənib və onlarla fotolar çəkdirib.