İŞİD polis əməkdaşlarının yeni edam görüntülərini yaydı

Təxminən iki həftə əvvəl İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən və irəliləməkdə davam edən "İraq və Şam İslam Dövləti" terror təşkilatı yeni çəkilən görüntüləri yayımlayıb.

 

Bundan əvvəl də İraq əsgər və polis əməkdaşlarının edam görüntülərini yayan terrorçular bu dəfə paytaxt Bağdadın qərbindəki Qaim şəhərində xidmət edən polis əməkdaşlarının mülki geyimdə qaçarkən yaxalanması görüntülərini paylaşıb. Görüntülərdə terrorçular İraqın Suriya ilə sərhədindəki Qaim şəhərində xidmət keçən polis əməkdaşlarını əlləri və gözləri bağlı şəkildə yerə uzadaraq, işgəncə verir.

 

Daha sonra "İraq və Şam İslam Dövləti" terror təşkilatının silahlıları polis əməkdaşlarını gülləbaranla edam edir. 9 polis əməkdaşını güllələyən terrorçular adətən edam görüntülərini sosial şəbəkələrdə yaymaqla, İraq əhalisində qorxu yaratmağa çalışır.

 

Müəllif | Apa.Tv