Belçika növbəti mərhələdə, Rusiya dərddə

Futbol üzrə Belçika millisi dünya çempionatında qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya yığmasını məğlub edib. Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilən qarşılaşma belçikalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Ümumilikdə, oyun çox sönük keçib və birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissənin son 10 dəqiqəsində isə Belçika millisi xeyli fəallaşıb.

 

84-cü dəqiqədə belçikalıların yarımmüdafiəçisi Eden Azarın zərbəsindən sonra top qapı dirəyinə dəyib. Belçika millisi istəyinə 88-ci dəqiqə çatıb. Hücumçu Divok Oridji qələbə qolunu vurub.

 

Qeyd edək ki, Rusiya millisi ilk turda Cənubi Koreya yığması ilə 1:1 hesablı heç-heçə oynayıb, belçikalılar isə Əlcəzair millisi üzərində 2:1 hesablı çətin qələbə qazanaıblar. Beləliklə, 6 xal toplayan Belçika millisi qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. Rusiya yığması isə bu məğlubiyyətlə vəziyyətini çətinləşdirib.

 

Qrupun üçüncü turunun qarşılaşmaları iyunun 27-də keçiriləcək.

 

Müəllif | Apa.Tv