Əlcəzair millisi pley-off mərhələsinə tarixi qələbə ilə yaxınlaşdı

 

Əlcəzairin futbol millisi dünya çempionatının qrup mərhələsində Cənubi Koreya yığmasını məğlub edib. Braziliyanın Portu-Aleqri şəhərində keçirilən qarşılaşma əlcəzairlilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Əlcəzair millisi hesabı qarşılaşmanın 26-cı dəqiqəsində açıb. Hücumçu İslam Slimani fərqlənib. Cəmi iki dəqiqə sonra müdafiəçi Rafiq Haliş hesabı 2:0-a çatdırıb.

 

 

38-ci dəqiqədə isə Əbdülmumuen Cabu topu növbəti dəfə Cənubi Koreya millisinin qapsına yollayıb. Birinci hissə əlcəzairlilərin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

 

Fasilədən sonra, 50-ci dəqiqədə Cənubi Koreya yığmasının hücumçusu Son Hyun-Min qollardan birinin əvəzini çıxıb:

 

 

Amma 62-ci dəqiqədə Əlcəzair yığmasının yarımmüdafiəçisi Yasin Brahimi hesab arasındakı böyük fərqi yenidən bərpa edib - 4:1.

 

Bundan 10 dəqiqə sonra yenidən Cənubi Koreya millisi fərqlənib. Ku Çja-Çolun qolu oyunda sonuncu olub və Əlcəzair yığması 4:2 hesabı ilə qalib gəlib. Əlcəzairlilər bu nəticə ilə həm də bir tarix yazmış oldular. Belə ki, Əlcəzair millisi dünya çempionatları tarixində bir oyunda 4 qol vuran ilk Afrika komandasıdır.

 

Son tur ərəfəsində Belçika millisi 6 xalla turnir cədvəlinə liderlik edir. Əlcəzairlilər 3 xal toplayıblar və növabəti mərhələyə daha yaxındırlar. Rusiya və Cənubi Koreya millilərinin hərəyə 1 xalı var.

 

Rusiya millisi növbəti mərhələyə çıxmaq üçün növbəti turda mütləq Əlcəzair yığmasını məğlub etməlidir. Amma ruslara bu da kifayət etməyə bilər. Çünki, Rusiya Cənubi Koreya yığması Belçika ilə oyunda xal itirəcəyi təqdirdə qrup ikincisi ola bilər. Əgər koreyalılar da son oyunda qalib gəlsələr, o zaman Rusiya və Cənubi Koreya millilərinin xalları bərabər olacaq. Belə olsa, qrup ikincisi əlavə şərtlərlə, ilk növbədə qrup mərhələsində vurulmuş və buraxılmış qolların fərqi ilə müəyyənləşəcək.

 

Müəllif | Apa.Tv