Evində narkotik becərən 51 yaşlı qadın tutuldu

 

Lənkəran polisi həyətyanı sahəsində narkotik xassəli çətənə kolları becərən 51 yaşlı qadının izinə düşüb. Rayonun Şürük kənd sakini, 1963-cü il təvəllüdlü Əminə İmaməli qızı Kazımovanın yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən ev sahibinin dibçəklərdə və torpaqda qanunsuz olaraq əkib-becərdiyi və aqrotexniki qaydada qulluq göstərdiyi narkotik xassəli 15çətənə kolu aşkar edilərək götürülüb.

 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Səadət Qəmbərovun verdiyi məlumata görə, şöbədə faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv