Əlibəyli yenə atəşə tutuldu: traktorcular canlarını zorla qurtardılar

Ermənilər Tovuz rayonunun Əlibəyli kəndini yenə atəşə tutublar. Düşmən postlarına yaxın ərazidə traktorlarla ot biçən Gədəbəy rayon sakinləri Rahim Həsənov və Xəqani Cəfərov  düşmən gülləsinə tuş gəlib. Onlara heç bir xəsarət almasa da, texnika zədələnib. Təxminən  2 saat davam edən atışma zamanı biçilən otun yığılmasında çətinliklər yaranıb.

 

Qeyd edək ki, iyunun 18-də axşam ermənilərin açdığı atəş nəticəsində biri uşaq olmaqla 3 nəfər kənd sakini yaralanmışdı.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli