Bakıda 30 yaşlı kişi özünü binanın damından atmaq istədi

Ötən gecə Bakıda 30 yaşlı kişi intihara cəhd edib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda, General Səmədağa Mehmandarov küçəsində qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub ki, 1 nəfər intihar məqsədilə binanın damına çıxıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs polisə təhvil verilib.

 

Xətai Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, intihara cəhd edən 30 yaşlı Orxan Məmmədov olub. Onun bu addımı niyə atdığı barədə hələlik heç bir məlumat yoxdur.

 

Müəllif | Apa.Tv