Dövlət Statistika Komitəsinin sədri vəfat edib

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib. Komitə sədri uzun sürən xəstəlikdən sonra vəfat edib. Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1992-1993-cü illərdə Prezident Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

 

İki övladı var.

 

 

Müəllif | Apa.Tv
Apa.tv